Bu hər il 5.5 mln adamın “ölümünə səbəb olur”

hava qar yagdi yollarHavanın çirklənməsilə əlaqədar xəstəliklər hər il dünya boyunca 5,5 milyona yaxın insanın erkən ölümünə səbəb olur, elmi tərəqqi üzrə ABŞ alimlər birliyinin hesabatında deyilir.

Hesabata əsasən insan fəaliyyəti nəticəsində havaya atılan toksik mikrohissəciklər kütləsi ağciyər və ürək-damar xəstəlikləri riskini artırır.

Havanın çirklənməsi ilə bağlı ölüm hallarının sayı, piylənmə, narkotik istifadəsi, qorunmasız cinsi əlaqələr və normadan az qidalanma nəticəsində ölənlərin sayını üstələyir.

Alimlərin hesablamalarına görə bu səbəbdən baş verən ölüm hallarının yarısından çoxu Çin (1,6 mln) və Hindistanın (1,3 mln) payına düşür.

Washingtonda keçirilən elmi konfrans vaxtı açıqlanmış rəqəmlərə əsasən havanın aşırı çirklənməsi insanların sənaye və məişət fəaliyyəti nəticəsində əmələ gəlir.

Tədqiqat müəllifləri tullantıları azaltmaq üçün yeni texnologiyalara üstünlük verməyə səsləyirlər.