Azərbaycanda avtoxuliqanlıq hallarının müəyyən edilməsi qaydaları dəyişir.
Yenicag.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik Milli Məclisin yaz sessiyasında müzakirə ediləcək.
Hazırda İnzibati Xətalar Məcəlləsində avtoxuliqanlıq xətasının anlayışı geniş nəzərdə tutulduğu üçün təcrübədə çətinliklərə və fərqli şərhlərə səbəb olur. Layihədə avtoxuliqanlıq xətasının törədilmə üsulları dəqiq müəyyən edilir. Sürücü aşağıdakı əməlləri törətdikdə avtoxuliqanlıq etmiş sayılır:
avtomobili və ya motosikli bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə etdikdə;
avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxdıqda./trend/