Bu hörümçəklərdən tibdə istifadə olunacaq – FOTO

Türkiyənin Hacettepe universitetində, Qaradəniz bölgəsinə məxsus hörümçəyin qoza ipəyini istifadə edərək zərər görmüş dəri, əzələ və sümük toxumalarının sürətli müalicəsini təmin edən tibbi məhsullar əldə edilib.

Yenicag.az xəbər verir ki, fizik və bioloqlardan ibarət komanda, hörümçək ipəyini istifadə edərək yara bandı, cərrahi iplər, gel və mikro toz forumunda bioloji toxuma bərpası məhsulları hazırlayıblar. Hazırlanan bu məhsullar patentləşdirilib.

Toxumanın yaxşılaşması müddətini azaldan, insan toxumasına ən yaxın özəllikləri olan bu bioloji məhsullardan əməliyyatda istifadə olunandan sonra onları sökməyə ehtiyac qalmır.

Hazırlanan digər məhsullar da yüksək keyfiyyət, üstün bioloji uyğunluğu, müxtəlif bakteria və göbələklərə qarşı güclü biyoaktiv tərkibə malikdir./Medicina/