!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu hüquq və azadlıqlar dini dövlətlərdə mövcud deyil”

!Reklam – Yazi

407368014“Dünyəvi dövlətçilik, yoxsa dini radikalizm: cəmiyyət nə istəyir?” mövzusunda debat keçirilib.

“Sekulyar dövlətlərdə insanlara verilən bir çox hüquq və azadlıqlar dini dövlətlərdə mövcud deyil. Üstəlik dünyəvi dövlətdə hər kəsin inanclarına, dini etiqad və vicdan azadlıqlarına hörmətlə yanaşılır.” Bu fikirləri “Dünyəvi dövlətçilik, yoxsa dini radikalizm: cəmiyyət nə istəyir?” mövzusunda keçirilən ictimai müzakirə zamanı Qadın Liderliyi Uğrunda İctimai Birliyinin (QLUB) sədri Ülkər Abdullayeva səsləndirib. Qeyd edək ki, sözügedən tədbir QLUB-un AR prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Sekulyar dövlətçilik, dini radikalizm və insanlığa qarşı çevrilməyən din modeli ilə bağlı qadınlar arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində keçirilib. Layihənin rəhbəri Ülkər Abdullayeva Azərbaycanda sekulyar dövlətçiliyin tarixi, dini radikalizm problemləri, Azərbaycanın ictimai-siyasi həyatında dinin rolu, o cümlədən Azərbaycan prezidentinin təqdimatı əsasında ölkə qanunvericiliyinə verilən dini məsələlərlə bağlı təkliflərdən bəhs edib.

Dini radikalizm mövzusu Azərbaycanda son zamanlara qədər elə də populyar olmayıb Debatda millət vəkili Asim Mollazadə müsəlman Şərqində və türk dünyasında sekulyar dövlətçilik ənənəsinin əsasının Azərbaycanda qoyulduğunu xatırladıb. O, dünyəvi dövlətçiliyimizin qorunması, gücləndirilməsi zərurətindən, hər cür dini radikal meyllərin ölkəmiz və bizi əhatə edən dünya üçün ziyanlı olmasından danışıb. Millət vəkili deyib ki, Azərbaycanda sekulyar dövlətçiliyin inkişafının, möhkəmlənməsinin yolu cəhalətlə mübarizədən və savadlı, dünyada gedən rəqabətdə önə çıxa biləcək gənclərin yetişdirilməsindən keçir. Onun fikrincə, bu missiyanın yerinə yetirilməsində qadınların üzərinə çox böyük vəzifələr düşür: “Onlar orta əsrlərin təfəkküründən, insanlara zərər verən hər cür radikal hərəkətlərdən uzaq durmalı, öz potensiallarını dünyanın gələcəyi üçün önəmli olan elm sahələrinə, faydalı peşələrin öyrənilməsinə sərf etməlidirlər.”

Diskussiyaların gedişində CASCFEN sədri Azər Həsrət, iqtisadçı-ekspert Qadir İbrahimli, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı, ictimai-siyasi fəallardan Yeganə Hacıyeva, Orxan Şahbaz, Rövşən Nəcəfov, Yadigar Nağıyev, hüquqşünas Mehman Muradlı, pedaqoqlar Aynur Zamanova, Natəvan Məhərrəmli və digər iştirakçılar mövzu ilə bağlı maraqlı fikir və təkliflərini səsləndiriblər. Azərbaycan Prezidentinin təqdimatı ilə dini zəmində düşmənçilik, fanatizm və radikalizmə qarşı cəzalarla bağlı müvafiq maddələrin AR Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə salınması təklifi tədbir iştirakçılarının əksəriyyəti tərəfindən təqdir edilib. Eyni zamanda bildirilib ki, ölkədə dini meyllərin artmasını şərtləndirən səbəbləri aradan qaldırmaq, insanların yaşam şərtlərini, rifahını yüksəldəcək zəruri islahatları həyata keçirməklə sekulyar dövlətçiliyin analoqsuz olduğunu isbat etmək vacibdir.

 

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv