Bu içkilər ömrü uzadır – SİYAHI

Elmi araşdırmalar göstərir ki, bəzi içkilər ömrü uzatmaq üçün inanılmaz təsirə malikdir.

Yenicag.az e-tibb.az-a istinadən bildirir ki, bununla bağlı qısa siyahı tərtib olunsa, bura portağal şirəsi, süd və qəhvə daxil edilməlidir.

Portağal şirəsi

Portağal şirəsinin həyat verən gücünü hiss etmək üçün qidalanma mütəxəssisləri onu gündəlik 750 ml içməyi məsləhət görürlər. Portağal şirəsi ürək-damar sistemi xəstəliklərinin inkişafından qoruyur. Bundan başqa, şəkərli diabetə qarşı çox faydalı sayılır.

Süd

Süd yalnız sümük toxumasını gücləndirmək üçün faydalı deyil, südün həm də insultdan və işemik xəstəliklərdən müdafiə etmək qabiliyyətini aşkar edilib.

Amma bu da son deyil. Belə ki, süd istifadəsi ilə onkoloji xəstəliklərin riskinin azalması arasında birbaşa əlaqəni sübut edən tədqiqatlar da aparılıb.

Qəhvə

Qəhvənin mümkün zərərlərinə dair xəbərdarlıqlara baxmayaraq, bu içki lazımi miqdarda qəbul ediləndə bir sıra təhlükəli xəstəliklərdən qoruyur. Əlavələr olmadan və şəkərsiz qara qəhvə içmək damarların vəziyyətinin yaxşılaşdırılması üçün məsuliyyət daşıyan hüceyrə prosesini aktivləşdirir. Bu şəkildə içilən qəhvə ürəyi qoruyur. Eyni zamanda, qəhvə hətta diabet, piylənmə və yaşa bağlı dəyişikliklərlə də mübarizədə faydalı sayılır.

Əlbəttə, insanın ömrünün uzunluğu genetik faktor, həyat tərzi, düzgün qidalanma kimi müxtəlif amillərdən asılıdır. Amma məhz qəhvə bütün bu proseslərdə həlledici rol oynaya bilər. Məsələn, bu dadlı və ətirli içki streslə mübarizə aparmağı və depressiv vəziyyətlərin qarşısını almağı bacarır.

Bəzən uzunömürlülük üçün ən faydalı içkilər siyahısına spirtli içkilər də daxil edilir. Məlumata görə, həqiqətən də şərabın mütəxəssislər məsləhət gördüyü miqdarda istifadəsi ölüm riskini 25% azaldır. Bundan başqa, alimlər müəyyən ediblər ki, spirtli içkinin bu cür istifadəsi zamanı işemik insultların inkişaf ehtimalı əhəmiyyətli dərəcədə azalır.

COP29