Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında” Sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:
Musayev Elnur Novruz oğlu – Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi
Əliyev Vüqar Nurəddin oğlu – Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi
Sultanov Eldar Aslan oğlu – Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi
Əhmədov Mübariz Hüseyn oğlu – Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi.