Suraxanı rayon Su-kanal İdarəsinin rəis müavini Mehman Həşimova cinayət işi açılıb.
Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bir neçə ay əvvəl Mehman Həşimov saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvətalma) cinayət işi başlanıb.
İşə Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, 311.2-ci maddə üzrə üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Xatırladaq ki, Mehman Həşimov Xəzər rayon Su-kanal İdarəsinin rəis müavini vəzifəsində də çalışıb.