Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bu il 66 jurnalist öldürülüb

81950Bu il dünyada vəzifələrini icra edərkən öldürülən jurnalistlərin sayı keçən illə müqayisədə azalıb. Eyni zamanda, onların qaçırılmalarının sayı artıb və öldürülmə üsulları daha da qəddarlaşıb. Bu barədə məlumatlar “Sərhədsiz reportyorlar” beynəlxalq hüquq təşkilatının ilik məruzəsində yer alıb.
Başa çatmaqda olan 2014-cü ildə dünya üzrə ümumilikdə 66 jurnalist öldürülüb. Onların sırasına İŞİD tərəfindən xüsusi amansızlıqla qətlə yetirilən amerikalı reportyorlar Ceyms Fouli və Stiven Sotloff da daxildir.

Jurnalistlər üçün ən təhlükəli ölkə artıq ikinci ildir ki, Suriya sayılır. Orada 15 reportyor həlak olub. Daha 7 reportyor Fələstində, 6-sı Ukraynada, 4-ü İraqda və Liviyada qətlə yetirilib. Keçən il isə dünyada 71 jurnalist həyatını itirmişdi.

Jurnalistlərin qaçırılması faktları isə bu il 119-a yüksəlib. Onlardan 33-ü Ukraynada, 29-u Liviyada, 27-si Suriyada və 20-si İraqda yoxa çıxıb.

Həbs olunan jurnalistlərin sayına görə isə Çin Xalq Respublikası liderlik edir.

Məruzəyə əsasən, bu il Hindistan və Filippin kimi silahlı münaqişələrin yaşanmadığı ölkələrdə jurnalistlərin öldürülməsi faktlarında azalma müşahidə olunub. (azertag.az)

www.yenicag.az

266