Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bu il 75 KİV əməkdaşı öldürüldü

2019-cu ildə dünyanın 26 ölkəsində 75 KİV əməkdaşı öldürülüb.

Yenicag.az xəbər verir ki, bu barədə “Press Emblem Campaign” qeyri-hökumət təşkilatının illik hesabatında deyilir.

Vurğulanır ki, ötən ildə 113 KİV əməkdaşı öldürülmüşdü.

Təşkilat bununla yanaşı qeyd edib ki, 2019-cu ildə xeyli jurnalist yaralanıb, həbs edilib, təhdidlərə və hücumlara məruz qalıb.

Bu il öldürülən KİV əməkdaşları siyahısında ilk üç pillədə Meksika (13), Əfqanıstan (8) və Pakistan (8) qərarlaşıblar. Daha sonra Suriya (6), Honduras (5) və Filippin (4) yer alıblar. Jurnalist ölümlərinin qeydə alındığı ölkələr arasında həmçinin Ukrayna, Böyük Britaniya, Hindistan, Braziliya, Haiti, İndoneziya və digər ölkələr də daxil olub.

Təşkilatın məlumatına görə, son 10 il ərzində dünyada ümumilikdə 1174 KİV işçisi qətlə yetirilib.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

297
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM