Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bu il Azərbaycan iqtisadiyyatını nə gözləyir?

“Mövcud makroiqtisadi dayanıqlılıq ölkədə iqtisadi sabitliyin ilboyu davam edəcəyini söyləməyə əsas yaradır”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Azərbaycan iqtisadiyyatının 2019-cu ilin əvvəlinə olan vəziyyətini və qarşıdakı aylar üçün gözləntiləri dəyərləndirən iqtisadiyyat üzrə fəlsəfə doktoru Ellada Xankişiyeva deyib.

Ellada Xankişiyevanı sözlərinə görə, qeyri-neft sektorunun ixrac potensialı ildən-ilə artmaqdadır:
“Azərbaycan 2019-cu ili müsbət iqtisadi göstəricilərlə başlayıb və hazırda da bu dinamika davam edir. Rəsmi statistikaya əsasən, cari ilin ilk rübündə ölkənin Ümumi Daxili Məhsulu (ÜDM) 3 faiz artıb. Mövcud makroiqtisadi dayanıqlılıq iqtisadi sabitliyin ilboyu davam edəcəyini söyləməyə əsas yaradır.

Eyni zamanda, 1 dollar – 1,70 manat nisbətində olan Azərbaycanın milli valyutası da il ərzində öz sabitliyini qoruyub saxlayacaq. Manatın sabitliyi ölkənin müsbət ödəniş balansına, neftin əlverişli qiymətinə və FED-in (ABŞ Federeal Ehtiyatlar Sistemi) “dözümlü” siyasətinə əsaslanır.

Digər tərəfdən, ölkədə qeyri-neft sektorunun gücləndirilməsinə yönəlik tədbirlər də iqtisadiyyatın bütün sahələrində, o cümlədən, kənd təsərrüfatı, ticarət, turizm, enerji sahələrində öz müsbət nəticəsini verməkdədir. Məlumdur ki, düşünülmüş iqtisadi strategiya sayəsində Azərbaycan həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələrinə görə bütün dünyada Cənubi Qafqaz regionunun aparıcı ölkəsi kimi dəyərləndirilir. Ən əsası, “Cənub qaz dəhlizi”nin nümunəsində gördüyümüz kimi, ABŞ və Avropa Azərbaycanın gerçəkləşdirdiyi həmin layihələri dəstəkləyir.

Fikrimcə, 2019-cu ildə dünya bazarlarında neftin qiyməti bir barel üçün 60-70 dollar aralığında olacaq. Bu məsələdə OPEC+ konsorsiumunun əldə etdiyi razılaşma, həmçinin OPEC və o quruma daxil olmayan 11 ölkənin 2019-cu ilin ilk yarısında gündəlik hasilatı 1,2 barelə qədər azaltmaq qərarı mühüm rol oynayıb.

Bu anlaşmaya uyğun olaraq, Azərbaycan bu il yanvarın 1-dən gündəlik hasilatı 20 min barel həddinə salıb. Özünü doğrultmuş bu qərar dünya neft bazarında balansın saxlanılması, qlobal neft ehtiyatları səviyyəsinin normallaşdırılması və bununla da qiymətlərə neqativ təsirlərin aradan qaldırılması məqsədi daşıyır.

Ancaq təəssüf ki, dövlət büdcəsinin enerji daşıyıcılarından daxil olan vəsaitlərin asılılıq dərəcəsinin azaldığını söyləmək çətindir. Çünki ümumi fonda qeyri-neft məhsullarının realizəsindən daxil olan gəlirlərin həcmi çox deyil. Bununla belə, ölkənin qeyr-neft sektorunun ixracat səviyyəsi ildən-ilə artır. Rəsmi statistikaya əsasən, 2018-ci ildə qeyri-neft sektorunun ixrac göstəricisi 1,6 milyard manat təşkil edib. Bu isə 2017-ci ilin analoji göstəricisindən 9,8 fazi çoxdur”.

Qafqaz Ömərov

www.yenicag.az

5635
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM