!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu il Azərbaycanda 1.8 milyarddan çox sərnişin daşınıb

!Reklam – Yazi

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 209,5 milyon ton yük daşınıb.

Yenicag.az-ın məlumatına görə, 2017-ci ilin müvafiq dövrünə nisbətən yük daşımalarında 1,5 faiz artım müşahidə olunub.

Yüklərin 3,6 faizi dəniz, 6,0 faizi dəmir yolu, 0,1 faizi hava, 65,0 faizi avtomobil nəqliyyatı, 25,3 faizi isə boru kəməri ilə daşınıb.

2018-ci ilin yanvar-noyabr aylarında nəqliyyatçılar 1 milyard 811,6 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 136,1 milyon ton yük, 1 milyard 597,0 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0 faiz və 1,4 faiz artım qeydə alınıb.

Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Yük dövriyyəsi 3,1 faiz, sərnişin dövriyyəsi isə 1,5 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,1 faiz artaraq 209,8 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 2 milyon 233,2 min və ya 2,3 faiz çox sərnişin daşınıb, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 19,7 faiz artaraq 183,2 min tona çatıb.

Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar-noyabr ayları ərzində 12,6 milyon ton yük, 2 milyon 516,1 min sərnişin daşınıb, 2017-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 4,2 faiz azalma, sərnişin daşınmasında isə 12,1 faiz artım müşahidə olunub.

Dəniz nəqliyyatı ilə 2018-ci ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 7511,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artıb. Yüklərin 55,3 faizini neft yükləri təşkil edib.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,8 faiz azalaraq 14,5 min nəfər olub.

www.yenicag.az

3094
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv