Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu il Azərbaycanda 60 min iş yeri açılacaq

“Cəbhə bölgəsindən qayıdan gənc insanların peşə və bacarıqlarına uyğun işlə təmin olunması çox vacibdir. Bu həm sosial müdafiə tədbiridir, həm də o insanlara uğrunda vuruşduğu dövlətin və cəmiyyətin hörmətinin ifadəsidir. İşi və məşğulluğu təmin olunmuş şəxsin mülki həyata psixoloji adaptasiyası da tez və rahat keçir. Dövlət Məşğulluq Xidməti tərəfindən veteranların, şəhid ailələrinin, müharibə əlillərinin birinci növbədə işlə təmin olunması üçün qanunvericlikdə müəyyən kvotanın nəzərdə tutulması da bu məqsədə xidmət edir”.

Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, özünüməşğulluq proqramının bu il daha da genişlənməsi planlaşdırılır: “Bu məqsədlə İşsizlikdən Sığorta Fondunun büdcəsində 68 milyon manat nəzərdə tutulmuşdur ki, bu vəsait 16 mindən artıq ailənin öz mikro və kiçik biznes layihəsini həyata keçirməyə imkan verəcək”.

Komitə sədri bildirib ki, bu il 60 min haqqı ödənilən sosial iş yeri açılacaq ki, o işlər də ilkin olaraq sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərə təqdim ediləcək. /report.az/

Loading...

www.yenicag.az

155