Bu il Azərbaycanda 90 uşaq övladlığa verildi

Bu ilin ötən dövründə Azərbaycanda 90 uşaq övladlığa verilib.

Yenicag.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev deyib.

Onun sözlərinə görə, 2019-cu ilin noyabr ayının 1-dən indiyədək 238 uşaq övladlığa verilib: “Onlardan 123-ü oğlan, 115-i isə qızdır. Yaş aralığına gəlincə, 0-3 yaşda 148, 4-11 yaşda 70, 12-18 yaşda isə 20 uşaq övladlığa götürülüb”.