Bu il Azərbaycanda narkotiklə əlaqəli 5 mindən çox fakt aşkarlandı

Bu ilin əvvəlindən indiyədək qədər daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 5610 fakt aşkar olunub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 1611 fakt satışdır: “Bu dövrdə 2 ton 340 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb”.