Bu il Azərbaycanda nə qədər neft istehsal olundu?

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 21,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-avqust ayları üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, respublika üzrə neft hasilatının 13,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 5,1 milyon ton təşkil edib.