Bu il də Həcc ziyarəti ölümsüz ötüşmədi

Həcc ziyarətinə gedən iranlı zəvvarlardan 6-sı Mədinə və Məkkə şəhərlərində dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, ötən 1 sutka ərzində Məkkədə 3 iranlı vəfat edib.

Dünyasını dəyişən iranlıların ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilib.

Qeyd edək ki, bu il Həcc ziyarətinə 86 mindən çox iranlı gedib.