Bu il doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlandı

Bu il Azərbaycanda 2 288 əkiz, 99 üçəm, 4 dördəm doğulub.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində ölkə üzrə 75623 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.Doğulan körpələrdən 2288-i əkiz, 99-u üçəm, 4-ü isə dördəm olub.