Yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 51 min 870 nikaha daxilolma və 13 min 139 boşanma halı qeydə alınıb.
Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 5.5-dən 6.2-yə qədər artıb, boşanmaların sayı isə 1.7-dən 1.6-ya enib.