Bu il nə qədər ipoteka krediti verilib?

Bu ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 27 min 113 ipoteka krediti verilib.

Yenicag.az-ın xəbərinə görə, bu barədə Fondun məlumatında bildirilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 344 milyon 600 min manatdan çoxdur.

Bu ilin 10 ayında isə fondun xətti ilə verilmiş ipoteka kreditlərinin sayı 1884, məbləği 127 milyon 457 min 600 manat təşkil edib.

COP29