Bu il qanunsuz verilmiş 12 min hektardan çox torpaq sahəsi geri qaytarıldı

Bu il qanunsuz verilmiş 12 min hektardan çox torpaq sahəsi geri qaytarılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə inzibati nəzarət qaydasında 17 % çox – 90 mindən artıq bələdiyyə aktı yoxlanılıb, 3 mindən artıq akt Nazirliyin təklifləri əsasında ləğv edilib. Habelə qanunsuz verilmiş 12 300 hektar torpaq sahəsi geri qaytarılıb.