“Bu il Qarabağ münaqişəsinin həllində irəliləyiş olacaq” – Rusiyalı ekspert

“Azərbaycanın dövlət başçısı xalqın böyük etimadını qazanıb”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Azərbaycanda bu gün keçirilən prezident seçkilərini və Qarabağ münaqişəsinin həlli prosesini dəyərləndirən rusiyalı politoloq Sergey Markov deyib.

Prezident seçkilərini müşahidə etmək üçün Bakıya gələn Markov səsvermə prosesinin yüksək səviyyədə keçdiyini bildirib:

“Seçkilər gözlənildiyi kimi, sakit şəraitdə keçir. Hər kəs bilir ki, prezident İlham Əliyev xalqın böyük dəstəyinə malikdir. Bu, ilk növbədə ölkədə iqtisadi inkişaf tempinin MDB-nin digər dövlətlərinə nisbətən daha yüksək olması ilə bağlıdır. Ona görə də Azərbaycandakı seçkilər Rusiyada olduğu kimi, referendum xarakteri daşıyır.
Bu baxımdan, seçkidə rəqabətin güclü olmaması başa düşüləndir. Bilirəm ki, başqa müşahidəçilər də seçki məntəqələrinin qarşısında böyük növbələrin olduğunu görüblər.

Fikirmcə, bütün müşahidəçilər səsvermə prosesinə müsbət qiymət verəcəklər. Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən Qərbçilər isə aydın məsələdir ki, seçkiləri yenə tənqid edəcəklər”.

Markov hesab edir ki, seçkilərdən sonra Azərbaycan-Rusiya münasibətləri daha da möhkəmlənəcək və bu, Qarabağ münaqişəsinin həllinə müəyyən təkan verəcək:
“Məncə, bu il Qarabağ münaqişəsinin həllində irəliləyiş olacaq. Hadisələrin müsbət yöndə olduğu kimi, mənfi istimətdə inkişafı da istisna edilmir.

Mənfi gedişat dedikdə, qoşunların təmas xəttində toqquşmaların ola biləcəyini nəzərdə tuturam. Rusiya isə münaqişənin həllində əsas vasitəçi kimi həlledici rol oynayacaq”.

COP29