Yayın gəlişi ilə bazarlarda bostan bitkilərinin, xüsusulə qarpızın satılmasını müşahidə etmək mümkündür. Düzdür, hələ qarpız mövsümünün gəlişinə 1 həftə -10 gün qalsa da, vətəndaşlar bu məhsulun qiymətlərinin bahalığına baxmayaraq, bazardan rahat şəkildə əldə edə bilirlər. Bəs görəsən, bu il yaz-yay mövsümündə bölgələrə intensiv yağan yağışların, sel və daşqınların bostan bitkiləri məhsuldarlığına və məhsulların qiymətlərinə hansı dərəcədə təsir göstərəcək?
Mövzu ilə bağlı Yenicag.az-a danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov deyib ki, son zamanlar bostan bitkilərinin əkin sahələrinin getdikcə azaldığı müşahidə edilir.
Onun sözlərinə görə, aparılan müşahidələr keçən illərlə müqayisədə bostan bitkiləri sahəsində məhsuldarlığın azaldığını göstərir.
Ətraflı videonu təqdim edirik:
İsmayıl Bakuvi
Samir Məcidov