Bu il tələbə adını qazanmış ən gənc abituriyentin 15 yaşı var – FOTO

Bu il Azərbaycanda tələbə adını qazanmış ən gənc abituriyentin 15 yaşı var.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.

O bildirib ki, ən gənc tələbə 17 mart 2007-ci il təvəllüdlü Əsmər Məmmədovadır.

“Əsmər Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub”, – deyə qurum rəsmisi qeyd edib./Modern.az/