Bu il vəfat edən sabiq nazir, icra başçısı və deputatlar – SİYAHI

Azərbaycanda bu il bir neçə sabiq nazir, icra başçısı və deputat dünyasını dəyişib. 

Yenicag.az Unikal-a istinadən onların siyahısını təqdim edir:

Ötən gün Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Sabiq nazir ürək çatışmazlığından vəfat edib. F.Məmmədov 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

Bu ilin yanvar ayında Azərbaycanın keçmiş material ehtiyatları naziri və sabiq deputat Fərrux Zeynalov uzunsürən xəstəlikdən sonra 80 yaşında dünyasını dəyişib. O, 1992-1997-ci illərdə material ehtiyatları naziri işləyib. 1999-2005-ci illərdə “Güvən” şirkətinin baş direktoru vəzifələrində çalışıb. XVII və XVIII çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

Həmçinin yanvar ayında  Ağsu rayonunun keçmiş icra başçısı Azər Səfərov 70 yaşında vəfat edib. O, 1993-cü ildən 2002-ci ilə qədər Ağsu Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Cari ilin iyun ayında Azərbaycanın sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev 81 yaşında vəfat edib. M.Abdullayev 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrınadək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

İyun ayında Biləsuvar Ağsaqqallar Şurasının sədri, sabiq icra başçısı Əli Babayev dünyasını dəyişib. Ə.Babayev 1994-2002-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı işləyib.

Avqust ayında Zərdabın sabiq icra başçısı Tofiq İmanov vəfat edib. O, 77 yaşında infarktdan dünyasını dəyişib. T.İmanov 1996-2005-ci illərdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı olub.

Oktyabrın 31-də Kəlbəcər rayonunun keçmiş icra başçısı Vidadi Məhərrəmov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2006-2013-cü illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı olub. Həmçinin, Kəlbəcərdə müxtəlif vəzifələrdə çalışıb. Məktəb direktoru, kənd sovetinin sədri və icra başçısının müavini işləyib.

Oktyabr ayında Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə 70 yaşında onkoloji xəstəlikdən vəfat edib. A.Əlizadə 1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin və V Çağırış Milli Məclisin deputatı olub.

Bu ilin oktyabr ayında daha bir ictimai-siyasi xadim, keçmiş deputat Surxay Tağızadə 90 yaşında vəfat edib. S.Tağızadə 1985-1990-cı illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. O, bir sıra dövlət qurumlarında məsul vəzifələrdə çalışıb.

Рейтинг@Mail.ru Яндекс.Метрика