Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının STATİSTİKASI

2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 4,2 dəfə azalaraq 1 milyon 106,7 min nəfər olub.

Yenicag.az-ın məlumatına görə, ölkə vətəndaşlarının 30,3 faizi İrana, 27,2 faizi Gürcüstana, 19,2 faizi Rusiya Federasiyasına, 14,6 faizi Türkiyəyə, 8,7 faizi digər ölkələrə səfər edib. Gedənlərin 70,1 faizini kişilər, 29,9 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə, Gürcüstana gedənlərin sayı 4,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 3,8 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.

 

2020-ci ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 75,3 faizi dəmir yolu və avtomobil, 22,1 faizi hava, 2,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.

www.yenicag.az

247