Bu il yol qəzalarında ölənlərin sayı AÇIQLANDI

2022-ci ildə yol-nəqliyyat hadisələri zamanı ölənlərin sayı məlum olub.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara görə, cari il yanvarın 1-dən bu günə qədər respublikanın avtomobil yollarında 165 yol-nəqliyyat hadisəsi baş verib.

Yol qəzalarında 194 nəfər ölüb, 101 nəfər isə xəsarət alıb.