Meksikalı model Vanessa Ponce de Leon 2018-ci ilin “Dünya gözəli” seçilib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, yarışmanın finalı Çinin Haynan adasında keçirilib. Müsabiqədə ikinci yeri tailandlı Nikolin Piçala tutub. Vanessanın tacını ötənilki qalib – hindistanlı Manuşi Çhillar təqdim edib.
3 saat davam edən final mərhələsində 30 namizəddən 5 ölkənin (Belarus, Meksika, Tailan, Uqanda, Yamayka) modeli fərqlənib.
26 yaşlı Ponce “Dünya gözəli” titulunu qazanan ilk meksikalı modeldir.
“Dünya gözəli” yarışması ilk dəfə 68 il əvvəl Böyük Britaniyada keçirlib.