!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Bu ilk Avropa oyunlarıdır”-Video

!Reklam – Yazi

89082Patrik Hikki: “I Avropa Oyunları ilə bağlı görülən işlər yüksək səviyyədədir”.

“Bu, ilk Avropa Oyunlarıdır. Biz bütün tədbirlərə pioner olaraq yol açırıq”.

Yenicag.az lent.az-a istinadən bildirir ki, bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Olimpiya Komitələri Koordinasiya Komissiyasının I Avropa Oyunları ilə əlaqədar Bakı səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, reallıq gözlənildiyindən də yüksək səviyyədədir. Əvvəlcədən Oyunların 10 növ üzrə keçirilməsi nəzərdə tutulsa da,sonradan bu rəqəm 20-yə yüksəlib. Daha 6 növdə yarışmaq üçün istək gəlib.

İrlandiyalı funksioner xatırladıb ki, bu yaxınlarda Davosda Avropa Oyunları yüksək səviyyədə təqdim edilib: “Son illər ərzində qardaşlaşmışıq. Çünki bu oyunlarda çox yaxından işləyirik. İdman obyektlərindən, gördüklərimizdən çox razı qalmışıq və artıq yekun mərhələ başlayıb”.

Yarışlara qatılacaq Ermənistan nümayəndə heyətinin tərkibinin hələlik açıqlanmadığını deyən Avropa Olimpiya Komitəsinin prezidenti əlavə edib ki, 50 milli olimpiya komitəsi üzvü var və onların heç biri kənarda qalmayacaq.

Avropa Oyunlarının Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq görülən və görüləcək işlərdən danışıb: “Komissiya üzvləri idman obyektlərinə səfər etdilər. Onlar görülən işlərdən çox razıdırlar. 6400 idmançının qatılacağı yarışı qəbul etmək üçün yerlərin 70 faiz hazırdır. 30 faizində isə işlər tamamlanır. İşçi qüvvəsinin 68 faizi azərbaycanlıdır. Ümumilikdə 43 millətin nümayəndələri çalışır. Könüllülər isə 18 min nəfərdir və əlavə də qatılanlar olacaq. 43-ü Avropa olmaqla, 63 yayım sazişi imzalanıb”.

Gənclər və idman naziri, “Bakı-2015″in Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov isə bildirib ki, iki gündə V Koordinasiya Komitəsinin iclasları nəticəsində görülmüş bütün işlər çox yüksək qiymətləndirilib: “Rekord müddətdə işlər aparıldı. Həmin gözəl günə cəmi 4 ay vaxtımız qalıb. Dövlətin və prezidentin siyasətini uğurla həyata keçirmək bizim borcumuzdur. Belə möhtəşəm yarışları qəbul etməyə imkanımız və bacarığımız var. Belə tədbirlərə resurs, iradə baxımından gəncləri səfərbər etməyə hazırıq. Azərbaycan mədəniyyəti, ənənələri, irsini, Qafqaz qonaqpərvərliyini dünyaya nümayiş etdirmək istəyirik”.

Nazir qeyd edib ki, stadion və obyektlər 95-97 faiz hazırdır.

www.yenicag.az

558
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv