!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu imtahanlar ödənişli olacaq

!Reklam – Yazi

“Magistratura, rezidentura, dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak ödənişli olacaq”.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, bu həftə ərzində Tarif (qiymət) Şurası qərarını elan edəcək: “Yəqin ki, Tarif Şurası qəbul imtahanlarının qiymətləri ilə bağlı yekun qərarı bu həftə ərzində verəcək. Biz artıq lazım olan sənədləri Tarif Şurasına təqdim etmişik”.

M. Abbasazadə əlavə edib ki, magistratura və rezidenturanın I mərhələsi üçün imtahanlar aprel ayından tez olmayacaq. Yerdə qalan digər imtahanların vaxtının elan olunması üçün Tarif Şurasının qərarı gözləyirik: “Bildiyiniz kimi, 9-cu sinif üzrə buraxılış imtahanlarının I mərhələsi bu ilin 5, 12 və 18 mart tarixlərində keçiriləcək. Martın 26-da sınaq imtahanlarının keçirilməsini nəzərdə tutmuşuq. Yenə qeyd edirəm ki, bütün bunlar üçün Tarif Şurasının qərarını gözləyirik”.

DİM sədri deyib ki, gələcəkdə il ərzində daha çox imtahanlar keçirilə bilər: “Builki qəbul qaydalarına əsasən, biz abituriyentlərə qəbul imtahanında iştirak üçün bir şans deyil, 1-4-cü qruplarda iki dəfə imtahan vermək şansı yaratmışıq. Gələcəkdə ola bilsin ki, belə imkanlar artsın və ildə 2-3 dəfə qəbul imtahanları keçirək. Ola bilsin ki, gələn il qəbul imtahanlarına noyabr-dekabr ayından başlayaq. Bəlkə də gələn il 3 dəfə imtahan keçirə biərik. Artıq iki ildir ki, abituriyentlərə iki ixtisas qrupu seçməyə imkan verilir. Biz bu il 1-4-cü qruplara iki dəfə imtahan vermək imkanı da yaradırıq. Builki məzunların birinci imtahanda iştirak pulunu dövlət, digərini isə abituriyent ödəyəcək. Araşdırmalarımıza görə, ötən il ali məktəblərə ərizə verən və buraxılış vərəqəsi alan abituriyentlərin 8,4 faizi imtahana gəlmirdi. Yəqin ki, yeni qaydalar belə halların qarşısını alacaq”.

Yeniçağ.az

www.yenicag.az

652
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv