!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu iş cənab prezidentin nəzarəti altındadır” – Əli Həsənov – VİDEO

!Reklam – Yazi

ali_hasanov_astana_18015_Bu həftə Mir Şahinin qonağı prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov olub. Əli müəllim Mingəçevirdə baş verən hadisələrdən və prosesin hazırkı gedişatından başlayaraq, cəmiyyəti narahat edən bir çox mühüm məqamlara aydınlıq gətirib.

– Əli müəllim, seçki ərəfəsi ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, bütün dövrlərdə olduğu kimi Azərbaycanda bu dəfəki seçki qabağı vəziyyət sabitdir, cəmiyyətin vətəndaş təşəbbüsləri kifayət qədər aktivdir. İctimai-siyasi institutlar arasında dialoq və anlaşma mühiti mövcutdur. Bu mühitlə də Allah qoysa, bu ilki seçkiləri başa vuracayıq. İnşallah!

– Azərbaycanda vəziyyət, hətta təəccüb doğuracaq dərəcədə sakitdir. Adama elə gəlir ki, seçki 6-7 aydan sonra olacaq?

– Əlbəttə ki, bu sakitliyin də əsasları var. Əsas odur ki, cəmiyyətdə bir barış mühiti mövcutdur. Həm siyasi partiyalarla, həm qeyri-hökumət təşkilatları ilə, həm mətbuatla, həm də bütövlükdə daxili və xarici qurumlarla Azərbaycan hökumətinin yürütdüyü siyasət kifayət qədər konstruktivdir. Və bu konstruktivlik platformasında da münasibətlər sabit və barış əhval-ruhiyyəlidir.

– İndi bu beynəlxalq dostlarımız, müşahidəçilər nə deyirlər? Gələcəklər seçkiyə baxmağa, yoxsa…?

– Bizim seçkinin əsas qiymət meyarı Azərbaycan seçicisidir, Azərbaycan xalqıdır. Biz seçkini də ona görə keçiririk ki, bu xalqın istək və arzusu ilə həyata keçirilir. Xalq öz vəkilini, prezidentini, eləcə də özünü idarəetmə qurumu olan bələdiyyə sədrini seçir. Və hər dəfə seçki keçirəndə biz ilk növbədə Azərbaycan xalqının rəyinə, iradəsinə və onun bu sahədə nümayiş etdirdiyi mövqeyə sökənirik. Amma Azərbaycan beynəlxalq aləmin bir ayrılmaz tərkib hissəsidir. Biz beynəlxalq aləmdə – BMT-dən başlayaraq, Türk Dövlətləri Birliyinə qədər müxtəlif regional və beynəlxalq qurumlarda təmsil olunuruq, tərəfdaşlarımız var.

Bizimlə beynəlxalq aləmdə dünya siyasətin formalaşdıran strukturlar var. Ona gərə də biz yürütdüyümüz siyasəti, keçirdiyimiz seçkiləri, xüsusən də ümummilli mahiyyət kəsb edən məsələləri istəyirik ki, beynəlxalq aləm də görsün, müşahidə eləsin və öz qiymətini versin. Biz hansı səviyəyə gəlib çatmışıq, nəyimiz yaxşıdır, nəyimiz çatmır, nələrə hələ də üzərində işləməliyik. Odur ki, biz dəvət etmişik və eləcəyik. Azərbaycanın qanunvericiliyinə müvafiq olaraq MSK, Milli Məclis və digər qurumlar öz tərəfdaşlarını bu seçkiyə dəvət edəcəklər. Hesab edirəm ki, onlar da bu dəvəti qəbul eləcəklər və Azərbaycanda keçirilən seçkilərə öz qiymətini verəcəklər. Bir daha qeyd edirəm ki, bizə ilk növbədə Azərbaycan xalqının rəyi maraqlıdır, amma eyni zamanda beynəlxalq rəydən də biz imtina etmək fikrindən deyilik.

– Mətbuata sızan bəzi məlumatlara görə, guya ki, ölkənin əsas siyasi, əslində hərəkətverici qüvvəsi olan Yeni Azərbaycan Partiyasının seçkilərə getmək üçün lazım olan siyahısı hazır deyil.

– Düşünmürəm ki, bunun əsası var. Yeni Azərbaycan Partiyası (YAP) əvvəla öz sıralarında kifayət qədər sabit münasibətlər formalaşdıra bilib. Bu münasibətlərdən çıxış edərək, onun həyat keçirdiyi hər bir aksiya, bir qayda olaraq, ciddi təlatümlər törətmir, əksinə sosial anlayışla qarşılanır, cəmiyyət tərəfindən müvafiq olaraq dəyərləndirilir. Yeni Azərbaycan Partiyasının bu dəfəki seçki siyahısı da müvafiq olaraq partiya sturukturları tərəfindən artıq hazırlanıb. Partiyada idarəçilik demokratik normalara sökənir. Aşağı təşkilatlardan namizədlərin irəli sürülməsi ali quruma qədər, partiyanın idarə heyətinə qədər mərhələlər üzrə müzakirə olunur. Bundan sonra partiyanın idarə heyəti bu qərarı verir. Qərar veriləndən sonra elan olunur. Və elan olunandan sonra artıq bütün cəmiyyət üçün bu namizədlərin üzərində işləmə prosesi başlayır. Həmin siyahı partiyanın idarə heyətində səsə qoyularaq cəmiyyətə təqdim olunacaq. Hesab etmirəm ki, bunu əsasında narahatlıq və yaxud da hansısa, panika yarada biləcək bir məqam var.
trend_ali_hasanov_prz_ap_main
– Seçki ilində adətən müxtəlif təbəddülatlar baş verir, kataklizmlər olur, daxildə nələrisə tərpətmələrə cəhdlər, meyllər olur. Etiraf edək ki, Mingəçevridə kütləvi etiraz aksiyası baş verdi və cənab prezident də bu hadisəni törədən səbəbləri öz nəzarəti altına götürdü. Əslində, orda nə baş vermişdi və indi bu saat orda gedən prosesləri siz necə qiymətləndirirsiz?

– Əlbəttə, könül açan hadisə deyildi. Bir vətəndaşın onun hüquqlarını müdafiə edən cəmiyyətdə asayişi bərqərar eləyən və asayişin keşiyində duran qurumun ofisində həlak olması, dünyasını dəyişməsi hansı səbəbdən olursa-olsun, yaxşı hal deyil. İstər bunun səbəbi polis olsun, istər bunun səbəbi həmin vətəndaşın özü olsun, istər ehtiyatsızlıqdan olsun, istər məsuliyyətsizlikdən olsun, istərsə də ortada cinayət faktı olsun və yaxud olmasın. Əlbəttə, mövcud qanunvericiliyə müvafiq şəkildə araşdırma gedir və bu iş cənab prezidntin nəzarəti altındadır. Buna müvafiq qiymət veriləcək. Günahkarlar cəzasını alacaq. Əlbəttə, dünyasını dəyişmiş insanın həyatını geri qaytarmaq hələ heç kimə nəsib olmayıb. Ona görə də, düşünürəm ki, bu hadisə yaxşı hal deyildi. Bu olmamalı idi. Amma baş verib. Heç bir cəmiyyət, heç bir dövlət, heç bir insan bu tipli hallardan sığortalanamayıb. Odur ki, belə halların təkrar baş verməməsini müəyyən eləmək bu dövlətin bir nömrəli vəzifəsidir. Dövlət çalışmalıdır ki, belə hallar olmasın. Olanda da dərhal araşdırılsın və bunun səbəbləri dərhal aradan qaldırılsın. Ona görə də mən bunun hüquqi təfsilatına varmaq istəmirəm. Amma təəssüflər olsun ki, bu, hadisə baş verdi. Bu hadisədən narahatlıq da oldu. O cümlədən Mingəçevrin şəhər ictimaiyyətinin, mərhumun qohumlarının narazılığı da oldu. Bu narazılıq, əlbəttə, bəri başdan demək olmaz ki, əsassız idi. Amma sadəcə olaraq hər bir insann narazılığı, narahatlığı şəhərdə ümumi asayişin pozulmasına səbəb olmamalıdır. Digər insanların təhlükəsizliyinə təhdid yaratmamalıdır. Bir hadisənin qarşısını almaq üçün başqa hadisələrə zəmin yaratmamlıdır. Bu anlamda, əlbəttə, dəyərləndirilir, qiymətləndirilir. Cənab prezidenti nəzarəti altında Daxili İşlər Nazirliyi və prokurorluq orqanları bu araşdırmanı aparır, günahkarlar layiqli cəzalarını alacaqlar, mərhumun qohumları da bunu bilsin. Azərbaycan və Mingəçevir şəhərinin ictimaiyyəti də bilsin ki, Azərbaycanda heç bir cinayət və ya məsuliyyətsizlik, yaxud da ki, digər hadisələr izsiz və cəzasız qalmayıb. Eyni zamanda bu da qalmayacaq.

– Təbii ki, Azərbaycan dünyanın tərkib hissəsidir. Dünyada gedən bütün bu proseslər bu və ya digər dərəcədə bizim ölkəmizə, dövlətimizə, bizim vətəndaşımıza toxunmadan mükün deyil. Neftin qiyməti düşürsə və ya qalxırsa, biz bunu hiss edirik. Rusiya və Çin valyutası ətrafında gedən dinamik proseslər bizim bu həyatımızda bu və digər dərəcədə öz əksini tapır. Hətta cəmiyyətdəki narahatlıqları siz bilirsiniz. Dərhal valyuta ətrafında nəsə, baş verən kimi insanlar manatın aşağı yuvarlanacağını, dolların qalxacağını düşünür – biri manat, digəri isə dollar dalınca qaçır. Məsələ əslində kifayət qədər başa düşüləndir. Cəmiyyət öz gələcəyinə həsas yanaşmağa borcludur. Hətta belə bir söhbətlər də gəzir ki, indi manatla dollar arasında gedən prosesləri müəyyən mənada seçkilərdən sonraya təxirə salıblar – seçkilərdən sonra nələrsə olacaq. Amma bütün hallarda nə dərəcədə əsaslıdır belə narahatlıqlar?

– İqtisadi siyasət, valyuta mübadiləsi, enerji daşıyıcılarının qiyməti, ondan irəli gələrək qlobal dünya iqtisadiyyatının vəziyyəti, Çin kimi dünya iqtisadiyyatının böyük bir qismini təşkil edən nəhəng bir ölkədə baş verən iqtisadi, eləcə də maliyyə prosesləri, devalvasiya, Amerika Birləşmiş Ştatlarında qalxma və enmələr, Avropa Birliyindəki proseslər, Yunanıstanda baş verən böhranlar, bir vaxtlar sabitlik adası kimi dəyərləndirilən Şimali Afrikadakı çaxnaşmalar, əhalinin öz yurd-yuvasını tərk edib Avropaya miqrasiya etməsi, bunun qarşısını almaq cəhdləri, bundan irəli gələn proseslər – bütün bunlar bəşəriyyətdə yaşayan hər bir insana təsir edir, o cümlədən Azərbaycana da təsirsiz ötüşməyə bilmir. Biz nə qədər çalışsaq ki, Azərbaycanın iqtisadiyyatını, siyasətini, sosial həyatını, maliyyə sabitliyini və digər məsələləri beynəlxalq aləmdən tam azad şəkildə inkişaf etdirək və onlardan asılılığı azaldaq, istər-istəməz qlobal dünyanın bir tərkib hissəsi kimi Azərbaycan da bu proseslərdən yan keçə bilmir. Ona görə də, əlbəttə, valyuta ətrafında son zamanlar yaranmış ajiotajı da biz anlayırıq. Vətəndaşın öz maliyyə vəsaitlərini, öz pul yatırımlarını və yaxud da pul vəsaitlərini qorumaq cəhdlərini də düzgün anlayırıq və dəyərləndiririk. Dövlətin vəzifəsi ondan ibarətdir ki, bir tərəfdən hər bir vətəndaşının mövcud vəsaitlərinin qorunmasına yardımçı olsun. Onların düzgün yerləşdirilməsi, düzgün idarəsi, devalvasiya və digər proseslərdən asılılığın aşağı salınması ilə məşğul olsun. O biri tərəfdən özünün davamlı inkişafını təmin eləsin. Özünün maliyyə, iqtisadi, sosial həyatını davamlı və ayrı-ayrı proseslərdən asılı vəziyyətdən xilas eləsin. Odur ki, dövlət olaraq biz hər bir vətəndaşdan az düşünmürük. Prezident Administrasiyası hər bir vətədaşın narahatlığını paylaşır, bölüşür. Cənab prezidentin siyasətinin təməlində Azərbaycan vətəndaşı dayanır, onun maraqları dayanır və prezidentin bütün çıxışlarında qırmızı xətlə bir cümlə keçir ki, mən istəyirəm, Azərbaycanda heç bir problem olmasın, hər bir vətəndaş layiqli həyat tərzi ilə təmin olunsun. Odur ki, bu tipli proseslər elə-belə, kortəbii baş vermir.

Bilirsiniz ki, fevral ayında baş verən devalvasiyadan vətəndaşlarımız nə qədər dövlətdən, Milli Bankdan narazı oldu ki, dövlət bunu qarşısını ala bilərdi. Amma digər bir tərəfdən də dövlət həm də özünü qorumalıdır. Dövlət strateji bir obyekdi. Sadəcə olaraq bizi əhatə edən ölkələrə nəzər yetirsək görərik ki, Azərbaycandan qat-qat zəngin olan Rusiya, Qazaxıstan və Belarusda devalvasiya hansı dərəcədə getdi? Mən hələ Ermənistan kimi cırtdan dövlətləri demirəm. Nələr baş verdi, biz bunu şahidi olduq. Bizdə cəmi 30-35 faiz arasında devalvasiya getdi. Hazırda Azərbaycan dövləti maksimum dərəcədə çalışır ki, vətəndaşların, eləcə də Milli Bankın və onun strukturunun da maraqları təmin olunsun. Bütövlükdə, Azərbaycan dövləti hər bir kəsin dövlətidir və bu dövlətin maraqları qorunsun. Hesab edərəm ki, ajiotaja əsas yoxdur. Nəinki, bunu seçki ilə bağlamaq lazımdır, ümumiyyətlə Azərbaycan dövləti çalışır ki, manat sabit qalsın. Manat bizim milli simvollardan, dövlətin vacib atributlarından birdir. Onun dəyərdən düşməsi bizim dövlətin də dəyərdən düşməsidir. Ona görə biz çalışırıq ki, sabit qalsın və inşallah sabit də qalacaq!

– Amma bu sabitlik dövlətin maraqlarının itkisi hesabına başa gəlməməlidir. Azərbaycanda istehsal olunan malların qiyməti əsaslandırılmamış şəkildə artmamalıdır. Çünki Avropa məhsulları ilə müqayisədə biz bilirik ki, nə qədər rəqabətə qabilik və bütün bunlar da öz ziyanını dövlətimizə vurmamalıdır.

– Bunula tam bir şəkildə razıyam. İqtisadiyyatımız bazar iqtisadiyyatıdır. Amma dövlət öz vətəndaşının maraqlarını bütün vasitələrlə qorumalıdır. Azərbaycan dövləti də çalışır ki, bazarı tənzimləsin. Nəyə görə tənzimləsin? Bazar iqtisadiyyatı şəraitində, əsasən, sosial-siyasət cətin qorunma dileması qarşısında qalır. Dövlət o immunitet artırmaq üçün özünün bazar iqtisadiyyatında cətin uyğunlaşan sahələrinin maraqlarını təmin eləmək üçün bu işə müdaxilə etməlidir.

– İndi ənənəvi suala qayıdaq: Azərbaycanla Qərb münasibətlərinə. Azərbaycanla Qərb arasında çox qəribə münasibətlər var. Elə bir ki, qısaqapanmalar olur. Gah yanır-sönür, gah da qaranlıq-aydınlıq olur. İndi qaranlıqdır yoxsa aydınlıqdır? Bəzən onların nümayəndələri bura gəlib-gedəndən sonra adamda elə təəssürat yaranır ki, deyəsən hər şey düzəldi. Amma bir müddət keçəndən sonra bizim ali orqanlarımızın birində kəskin məqalə gedir və məlum olur ki, bu məqalə artıq hansısa bizim haqqımızda yazılan kəskin məqaləyə cavabdır.

– Bir jurnalist kimi siz dəfələrlə bu mövzuya toxunmusunuz. Özünə rəva görmədiyini başqasına görməməlisən. Məsələn, Azərbaycanda bu yaxınlarda bir jurnalist döyülərək qətlə yetirildi. Qətilin iştirakçıları isə həbs olundular. Cənab prezident bu işə xüsusi olaraq müdaxilə elədi. Bir nəfər jurnalisti döydüklərinə görə, hazırda altı nəfər həbs edilib. Hələ məhkəmə prosesi zamanı nələr ortaya çıxacaq?.. Hər şey aydındır. Amma açıq ekranda ictimaiyyətin gözü önündə dünyanın ən güclü, ən təhlükəsiz, fövqəl dövləti, dünya nizamını müəyyən edən bir ölkədə canlı efir gedə-gedə bir nəfər içəri daxil olur və iki nəfər jurnalisti qətlə yetirir. Biz dəfələrlə bəyan etmişi ki, Azərbaycan daxil dünyanın heç bir ölkəsi cinayətdən sığortalanmayıb. Cinayətkarı dünyanın heç bir ölkəsi indiyə qədər tam şəkildə cəmiyyətdən təcrid eləməyib, cinayətkarlığın qarşısını yüzdə-yüz ala bilməyib. Bu, hər yerdə baş verən prosesdir. Əsas məsələ ondan ibarətdir ki, dövlət bu işə lazımi adekvat qiymət verməlidir, adekvat yanaşma nümayiş olunmalıdı, çinayətkarın axtarışı istiqaətində düzgün tədbirlər müəyyən olunmalıdır və cinayətkar tapılıb cəzalandırılmalıdır ki, növbəti belə cinayət törətməyə insanlar cəsarət etməsin. Amma təəssüflər olsun ki, bizdəki çox görünür, bütün beynəlxalq aləm dərhal bunu görür reaksiya və bəyanatlar verirlər, Azərbaycan dövlətinin, prezidentini günahlandırırlar və ilaxır. Özlərində isə eyni proseslərə göz yumurlar. Hətta günlərin birində Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin sözcüsü dedi ki, bu proseslərin dünyada heç kimə dəxli yoxdur, bunlar Amerikanın daxili işidir. Yəni polis tərəfindən jurnalistin, vətəndaşın qətlə yetirilməsi – bu, Amerikanın daxili işidir və müzakirə üçün açıq deyil. Necə olur ki, bir dövlətdə açıq olmur, amma digər dövlətdə açıq olur. Bir dövlətdə jurnalistin hansısa başına gələn oyun dərhal beynəlxalq aləmə çıxarılır digər dövlətdə olmur. Ona görə də, biz hər zaman tərəfdaşlarımızdan tələb edirik ki, özünüzə rəva görmədiyinizi bizə də görməyin. Bizə rəva gördüklərinizi özünüzə də rəva görün. Sadəcə olaraq, biz dünya dövlətlərini onun böyüklüyu-kiçikliyi ilə deyil, gücünün azlığı-çoxluğu ilə deyil, ərazisinin genişliyi-kiçikliyi ilə deyil, hər biri beynəlxalq hüququn sübyekti kimi bərabər hüququlu dəyərləndirik və istiyirik ki, hər kəsin hüququ BMT yanında bərabər olsun. Hamıya da eyni standartla yanaşsınlar. İkili standart müasir dünya siyasətinin çox təssüf ki, təhdid edir, etməkdə davam edir. Əgər bunun qarşısı alınmasa bundan sonra dünyada nələr baş verəcək? İnsanlıq çox dəhşətli facilərlə üz-üzə gələ bilər.
PA-Əli Həsənov (2)
– Ermənistan və Azərbaycan prezidentlərinin görüşü nə vaxta planlaşdırılıb? Qarabağ mövzusunda danışıqların bərpa olunması, Azərbaycan prezidentinin Ermənistan prezidenti ilə hətta deyilənə görə, BMT 70 illiyi münasibətilə Nyu-York-da görüşü nəzərdə tutulur. Ümumiyyətlə, belə bir söhbətlər nə dərəcədə əsaslıdır?

– Danışıqlar əsasən Minsk qrupu formatı çərçivəsində davam edir. Formata uyğun olaraq hər iki ölkənin dövlət başçılarının və xarici işlər nazirliklərinin görüşü keçirilir. Eləcə də, digər nümayəndələrin apardıqları danışıqlar da. Bu formata, biz daxil, hələ də ümid bəslənilir. Amma təssüflər olsun ki, Minsk qrupunun, necə deyərlər, dişsiz fəaliyyəti, BMT Təhlükəsizlik Şurasının bu məsələyə ikili yanaşması, BMT-nin qətnamələrinə laqeyidliyi Azərbaycanı və Ermənistanı müharibəyə sürükləyir. İndiki halda bu danışıqlar belə davam eləsə, danışıqlar imitatsiyası adı altında Ermənistanın bu qeyri-konstruktiv mövqeyi davam eləsə, BMT Təhlükəsizlik Şurasının üzvləri və bütövlükdə BMT Ermənistana təziq göstərməsə, müharibə qaçılmazdır. Azərbaycanı, Ermənistanı, Cənubi Qafqazı yenidən müharibə dalğası bürüyə bilər. Çünki Azərbaycan heç bir zaman torpaqlarının itirilməsi ilə barışmayacaq. Cənab prezident dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Bu, bizim beynəlxalq hüquq normalarına sökənən milli haqqımızdır. Və biz də bu milli haqqımızı bir kimsəyə güzəştə getməmişik və getmək fikrində də deyilik.

www.yenicag.az

688
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv