Bu istiqamətdə sıxlıq müşahidə edilir – 20-dən artıq avtobusun intervalında gecikmələr yarandı

Hazırda Qara Qarayev prospekti  – “Dakar” dairəsi istiqamətində və dairə ətrafında nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Bu barədə Yenicag.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, sıxlıq səbəbindən Q.Qarayev prospektindən keçən 20-dən artıq müntəzəm və ekspres xətlər üzrə avtobusun intervalında gecikmələr yaranıb.