Bu istiqamətə gediş haqqı 40 qəpik artırılır – Rəsmi

Azərbaycan Dəmir Yolları QSC (ADY) Abşeron Dairəvi Dəmir Yolu üzrə tarifləri artırır.

Yenicag.az APA-ya istinadla xəbər verir ki, bu barədə ADY-nin Sərnişindaşıma departamentinin rəhbəri Azər Fərəcov media nümayəndələri üçün təşkil olunan brifinq zamanı bildirib.

Onun sözlərinə görə, bu ilin 25 sentyabr tarixindən Abşeron Dairəvi Dəmir Yolu üzrə ən minimal tarif 0,4 manat, istiqamətlər üzrə isə 0,1-0,2 manat artacaq.

COP29