Bu istiqamətlərdə döyüş davam edib – Düşmən itkilər verərək geri çəkildi

Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib.

Bu barədə Yenicag.az Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub.

Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.