!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu iyrənc, siyasi oyunlarda şanlı türk ordusundan istifadə olunmamalıydı” – Azər Verdiyev

!Reklam – Yazi

kjokokokDünyanın media gündəmini zəbt edən Türkiyə hadisələri ilə bağlı fikir ayrılıqları davam etməkdədir. Türkiyədə hərbi çevriliş cəhdi ilə əlaqədar yüksək rütbəli zabitlərin həbsi davam etdirilir. Türkiyənin milli müdafiə naziri Fikri İşıq isə Hazırda vəziyyətin tamamilə nəzarət altında olduğunu dedi. Hərbi çevriliş cəhdində ittiham edilən və Yunanıstana qaçmış 8 hərbçi tezliklə Türkiyəyə təhvil veriləcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qeyd edib. Türkiyə prezidenti Ərdoğan Türkiyə kanallarına canlı bağlanaraq verdiyi müsahibəsində çevrilişin arxasında kimlərin durduğunu açıqlayıb. Prezident ordu daxilindəki qrupun “paralel dövlətə” işlədiyini bildirib və Çevrilişə cəhdin arxasında Gülən və terror qruplaşması durduğunu dedi.

Məsələyə ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev münasibət bildirərək belə bir olayın Türkiyənin siyasi həyatında yer almasının yolverilməz olduğunu dedi: “Türkiyədə baş verən hadisələr bizlərə də olduca pis təsir etdi. Biz Ulu Öndərin dili ilə desək Bir millət iki dövlətik. Belə olan təqdirdə qardaş Türkiyənin acısı bizim acımız sayılır. Dünyada baş verən prosesləri hər birimiz izləyirik. Bugün Böyük Güclər Türkiyənin və Azərbaycanın inkişafından olduqca narahatdırlar. Hansı vasitə ilə olur olsun bu iki ölkəni çökdürməyə çalışırlar. Bizi ağrıdan məqam odur ki, bu proseslərdə, bu iyrənc oyunlarda türk ordusundan istifadə olundu. Bunu şanlı türk ordusuna qarşı etməməli idilər. Ordunun bir qismi, kursantlar, sıravi əsgərlər ümumiyyətlə baş verənlərdən xəbərsiz idilər. Çevrilişə cəhdin başında duranlar isə həm dövlətlərini sarsıltdılar, həm də Şanlı Türk ordunun dünyadakı imicini sarsıltılar. Bəli, Türk ordusu öz imicini bərpa edəcək, bizimçün hər zaman mehmetçik olaraq qalacaqlar. İstanbulda yerləşən Birinci Ordunun komandanı ordu generalı Ümit Dündar çevrilişə cəhd edən qrupun türk ordusunu təmsil etmədiyini bildirib. Cəhd edənlərin kiçik bir qrup olduğunu və şanlı türk ordusuna aid olmadığını dedi. Gecə yaşanan dəhşətli səhnələr həm də türk millətinin bu kimi üsullarla əziləcəyi iddialarını alt-üst etmiş oldu. Hesab edirəm gərginlik bir müddət davam edəcək. Çünki bu kimi məkrli planların həyata keçirilməsi üçün uzunmüddətli hazırlaşmalar və geniş çevrələrdən istifadə olunub. Hökümət onları sonuncuyadək tapmalı və ədalət məhkəməsinə təhvil verməlidir. Bir qrup hərbçi üçün Türk ordusunun qüruru ilə oynamaq bu qədərmi asan idi? Millətin üzərinə silah çəkmək, zirehli texnika sürmək bu qədərmi sadə idi? Bunun bir adı var: Xəyanət! Türkiyə xaosa sürüklənsəydi Azərbaycan üçün də ciddi fəsadları olacaqdı. Bu olayla bağlı mediada türk ordusu ilə bağlı müxtəlif şərhlər paylaşılır. Hesab edirəm həqiqətlər tam üzə çıxandan sonra həbs olunan sıravi əsgərlər, kursantlar azad ediləcək, çevrilişə cəhd edən yüksək çinli hərbçilər isə layiqli cəzalarını alacaqlar”

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv