!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu jurnalist hansı cinayəti törədib ki...” - Mənsimov Fuad Abbasovun həbsindən yazdı

!Reklam – Yazi

Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov jurnalist, blogger Fuad Abbasovun Rusiyada həbs edilməsi xəbərinə kəskin reaksiya verib.

Yenicag.az xəbər verir ki, o, özünəməxsus sosial şəbəkədə fikrilərini yazaraq, hər zaman Fuad Abbasovu dəstəklədiyini bildirib:

“Dünən aldığım xəbər məni dəhşətə saldı. Rusiyada fəaliyyət göstərən və fikrimcə, Azərbaycanı orada layiqincə təmsil edən jurnalist Fuad Abbasov Rusiya polisi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib. Bu günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu nə biabırçılıqdır?! Bu jurnalist hansı cinayəti törədib ki, bu formada həbs olunub? Adam öldürüb? Narkotik qaçaqmalçılığı ilə məşğul olub, yoxsa terrorçudur? Nə edib axı? Biz necə insanıq ki, öz vətəndaşımıza sahib çıxmırıq?! Bu adam orada gördüyüm mərd və dürüst jurnalistlərdən biridir ki, Azərbaycan naminə kəsərli qələmi, qətiyyətli mövqeyi ilə təkbaşına savaşırdı. Bizim Rusiyadakı iş adamlarımıza nə olub? Haradadırlar? Kordular, yerin dibinə giriblər? Niyə belə oğullara sahib çıxmırlar? Diaspor deyirlər, hanı o diaspor? Niyə Azerbaycan dövləti hələ də bu hadisəyə münasibətini bildirməyib?”

M.Mənsimov qeyd edib ki, millətimizi, xalqımızı müdafiə etmək onun hər bir zərrəsini, o cümlədən Fuad kimi cəsur insanları müdafiə etməkdir:

“Rusiyadakı hər bir azərbaycanlı həm malı, həm də ən əsası, canı ilə Fuad Abbasovu müdafiə etməli idi. Söz tapa bilmirəm. Bu necə bir həbsdir? Kim bunu sifariş verib? Burada bir azərbaycanlının əli olsa, heç təəccüblənmərəm. Boş-boş qurumlar yaradırlar. Bunlar heç kəsə lazım deyil və heç kəsə qulluq etmir. Ayıb olsun bizə! Heç bir erməni dünyanın heç bir ölkəsindən bu formada qovula, deportasiya oluna bilməzdi. Niyə susuruq, niyə susursunuz?

Mən buradan açıq şəkildə bəyan edirəm ki, Fuad Türkiyədə mənim kimi bir qardaşı olduğunu unutmasın!”

www.yenicag.az

2942
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv