Bu kənddə öləni basdırmırlar – FOTOLAR

İndoneziyanın Bali adasının Trunyan kəndinin əhalisi ölülərlə birlikdə yaşayır.

Yenicag.az xəbər verir ki, burada ölənlər dəfn edilmir. Yalnız subay ikən vəfat edənlər torpağa tapşırılır.

Ölən şəxsin meyiti əvvəlcə yağış suyu ilə yuyulur, daha sonra isə onu bambukdan hazırlanan qəfəsin içinə qoyurlar.

Cəsədlərin toplandığı əraziyə yalnız kişilər buraxılır. Bu əraziyə qadının girməsi isə zəlzələ və ya vulkan partlamasının əlaməti kimi qəbul edilir.

Meyitlər quruduqdan sonra onların kəllə və sümüklərini yığaraq meşəlik əraziyə aparırlar. İnsanın qalıqları “Taru Menyan” adı verilən ağacların altında toplanılır. Yerli əhalinin iddiasına görə, bu ağaclar ölü qoxusunu yox edir.

Emin