Bu kəndlərimiz də işğaldan azad edildi – TƏCİLİ

Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev rəsmi Twitter səhifəsində yazıb.

Paylaşımda deyilir: “Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!”