Bu kişi sağ olsa da, ölü sayılır

Rumıniya vətəndaşı Konstantin Reliu sağ olsa da, ölü kimi qəbul edilir.

Yenicag.az xəbər verir ki, 63 yaşlı kişi məhkəməyə müraciət edərək ölümü ilə bağlı şəhadətnaməni ləğv etdirmək istəsə də, buna nail ola bilməyib. Belə ki, o, məhkəməni uda bilməyib. Buna isə Reliunun məhkəməyə həddindən artıq gec müraciət etməsi səbəb olub.

Qeyd edək ki, Konstantin Reliu 1992-ci ildə iş üçün Türkiyəyə gedib. 4 il əvvəl isə Reliunun arvadı ondan bir xəbər almadığı üçün məhkəməyə müraciət edərək ərinin ölü kimi tanınmasını xahiş edib. Məhkəmə 2016-cı ildə qadının iddiasını təmin edib.

 

COP29