!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu kişilər zorakılığa daha çox meyilli olur

!Reklam – Yazi

Azərbaycan kişilərinin törətdiyi zorakılıqların bütün formalarının bağlı olduğu amillər açıqlanıb.

Yenicag.az xəbər verir ki, “UNFPA/AQUPDK (2018) Azərbaycanda gender bərabərliyi və gender münasibələri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat”da kişilərin zorakılıq törətməsinə səbəb olan ilk amillərdən biri analarına qarşı zorakılığın şahidi olma və uşaqlıqda fiziki zorakılığa məruz qalma halları ilə rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən törədilən zorakılıq arasında bağlılıq müşahidə olunur və bu nəticə dünyanın müxtəlif yerlərində zorakılığın nəsillərarası zərərli təsiri ilə bağlı aparılmış tədqiqatların nəticələri ilə üst-üstə düşür.

“GEM” Şkalasına əsasən gender bərabərliyini daha az dəstəkləyən və xüsusilə də qadınlara qarşı zorakılıq barədə bəzi fikirlərin tərəfdarı olan kişilər rəsmi və ya qeyri-rəsmi nikahda olduğu şəxslərə qarşı daha çox zorakılıq törədən şəxslərdir.

İqtisadi təzyiq də sözügedən amillər sırasındadır. Maliyyə çətinlikləri olan və daimi iş və ya gəlirin olmaması səbəbindən sress və psixoloji sarsıntı keçirən kişilər zorakılığa daha çox meyilli olur.

Adətən aşağı təhsilli kişilərin ümumilikdə daha çox zorakılıq etməsi müşahidə olunur.

Tədqiqatda iştirak edən kişilər uşaqlıqda xüsusilə fiziki zorakılığın daha ağır formalarından əziyyət çəkdiklərini qeyd ediblər. Belə ki, kişilər qadınlardan daha çox ağır əşyalarla döyülüb, döyülmə nəticəsində bədənlərində çapıq və zədələrin qalması barədə məlumat veriblər./Report/

www.yenicag.az

3218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv