Bu klub Ardanın transferində israrlıdır

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan klubunu dəyişə bilər.

Yenicag.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubu təcrübəli futbolçunun xidmətində maraqlıdır.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Yayılan məlumata görə, londonlular bu keçid üçün Kataloniya təmsilçisinə 30 milyon avro ödəməyə hazırdır.

Yenicag.az