!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu kometa gözlə görüləcək - 50 min il sonra ilk dəfə

!Reklam – Yazi

Sonuncu dəfə Neandertal insan tipi tərəfindən müşahidə edilən kometa ( kosmik fəzada təsadüf edilən müxtəlif ölçülü cisimlər- red ) yenidən yer üzündə görüləcək.

Yenicag.az xəbər verir ki, bu barədə NASA rəsmi məlumat yayıb.

NASA astronomları bildirib ki, 1 fevralda sözügedən cisim Yerdən 41 milyon kilometr uzaqlıqdan keçəcək və onu çılpaq gözlə görmək mümkün olacaq.

C\2022 E3 (ZTF) adlanan kometa hər 50 min ildən bir günəş ətrafında dövr edir.

Məlumatda qeyd edilib ki, hətta, kometa artıq açıq səmada durbinlə və yaxud aşağı səviyyəli teleskoplarla görülməyə başlayıb.

Astronomlar artıq E3 kometasını izləyib və onun mavi-yaşıl, qızıl çalarlara sahib olan “quyruğ”u olduğunu aşkar ediblər.

E3 2020-ci ilin yayında görülən “Neowise” kometindən sonra səmada gözlə görülən ilk kosmik cisim olacaq.

www.yenicag.az

530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv