!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu körpənin 4 əli, 4 ayağı var - Azərbaycanda

!Reklam – Yazi

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) unikal əməliyyat həyata keçirilib.

Yenicag.az Medicina.az saytına istinadən xəbər verir ki, xəstəxanaya gətirilən milyon nəfərdən birində rast gəlinən nadir patologiyalı uşaq görənləri qorxuya salsa da, mütəxəssislərin müdaxiləsi ilə körpə xilas edilib.

Uşağa anatomik inkişaf etmiş dölə anormal inkişaf etmiş dölün (epiqastral heteroqapus – parazit-döl) bitişməsi diaqnozu qoyulub. Belə ki, uşağın qarın nahiyəsində əlavə inkişaf etmiş bədən olub. Parazit-döldə ayaqlar, əllər, cinsiyyət orqanı, sidik kisəsi, bağırsaqlar və bir böyrək inkişaf edib. Parazit uşağın daxilinə də keçərək onun bağırsaqlarına bitişib, hətta qaraciyərlərdə də bitişmə müəyyən olunub.

Bundan əlavə, parazitin uraxusu uşağın göbəyinə bitişik olub. Yenidoğulmuş 7 günlük ikən əməliyyata alınıb, körpənin qarın boşluğu açılıb, parazit bütünlüklə ayrılıb, bitişmiş bağırsaq və qaraciyər təcrid olunub.

Əməliyyat sonrası dövr fəsadsız ötüşüb, uşaq evə buraxılıb. Ən maraqlısı odur ki, 4 ayaqlı, 4 əlli körpə dünyaya normal doğuşla gəlib.

Elmi ədəbiyyatda bu patologiya blastopatiyanın nəticəsi kimi qeyd olunur ki, bu da döllənmənin ilk 14 günündə baş verir. Blastopatiyanın etimologiyası hələ tam məlum deyil.

Azərbaycanda bu patologiyada uşaq son illərdə demək olar ki, doğulmayıb.

www.yenicag.az

3142
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv