Rusiyalı həkim-onkoloq Anton Şkiryak xərçəngin riskini artıran kosmetik vasitələrin adlarını açıqlayıb.
Yenicag.az xəbər verir ki, onkoloqun sözlərinə görə, hal hazırda qadınlar arasında populyar olan şellakın tərkibində güclü kanserogen xüsusiyyətlərə malik formaldegid maddəsi var.
Digər təhlükəli kosmetik vasitə dodaq boyasıdır. Onun tərkibində olan titan oksidi də kanserogen xüsusiyyətləri ilə tanınır.
Bundan əlavə həkim saç boyalarını da çox təhlükəli hesab edir.
Onkoloq təəssüf hissi ilə qeyd edir ki, qadınların əksəriyyəti bu vasitələrdən müntəzəm olaraq istifadə edir./Saglamolun/