Hollandiyanın Amsterdam şəhərində çirklənməyən köynək hazırlanıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, fabrik işçilərinin istehsal etdiyi köynək heç bir halda çirklənmir. “Labfresh” adlanan köynəyin üzərinə düşən maye və ləkələr daxilə hopmur, onları salfet və ya dəsmalla asanlıqla təmizləmək olur.
Bununla belə, tər izləri köynəkdə ləkə yaratmır. Həmçinin, istehsalçıların sözlərinə görə, onu hər gün ütüləməyə ehtiyac yoxdur.