Bu küçədə ağaclar yandırıldı – VİDEO

Mehmandarov küçəsindəki yaşıllıq oktyabrın 14-də gecə saatlarında yandırılıb.

Yenicag.az xəbər verir ki, videodan göründüyü kimi, dayanacağa yaxın ərazidəki zeytun ağacları yandırılaraq məhv edilir. Razin Məmmədovun dəstəsi belə əməlləri törətməkdən əl çəkmir, ona görə də çəkilişdən üzlərini gizlətməyə və qaçmağa cəhd edirlər.

Qeyd etmək istəyirik ki, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov rayonun General Mehmandarov, Şıxlinski, M.Hadi və diğər küçələrdə ağacları süni üsulla məhv edərək əraziləri satmaqda davam edir.

Növbəti “əməliyyat”, göründüyü kimi, General Mehmandarov küçəsində baş verir.Ağacları yandıraraq bir müddətdən sonra həmin ərazi hasarlanır və bu isə həmin yerdə ticarət obyektinin tikiləcəyindən xəbər verir. Demək olar ki, bu hal ilk dəfə deyil baş verir, belə hallar davamlı təkrarlanır. Mətbuatın gündəmini yaşıl soyqırımı törədən icra başçısı kimi xəbərlərlə zəbt edən Razim Məmmədovun növbəti əməli aşkar olundu.

Xalq.Az-ın əməkdaşları Xətai rayon icra hakimiyyəti ilə əlaqə saxlasa da, qurumdan heç bir açıqlama verilməyib. Cavabdeh şəxs telefon zənglərinə cavab verməyib. Mustafayev soyadlı növbətçi isə bildirib ki, telefon nömrələri tanınmadığından cavab verilmir.

COP29