Bakı şəhərində mikromobillik zolaqlarının təşkili prosesi davam etdirilir.
Yenicag.az xəbər verir ki, bu barədə “Mikromobillik – Azərbaycan” sosial şəbəkəsi məlumat yayıb.
Bildirilir ki, hazırda 8-ci Zavod küçəsində (Sevgi parkının yanı) müvafiq tədbirlər həyata keçirilir. Növbəti günlərdə eyni proses Xocalı prospekti, Fəzail Bayramov, Yusif Səfərov və 28 May küçələrində həyata keçirilərək.
Həmin yol sahələrinin 8 Noyabr prospekti, Afiyəddin Cəlilov küçəsi və şəhərin mərkəzi hissəsi ilə əlaqələndirilməsi təmin ediləcəkdir.