Bu küçələrdə təmir işləri davam etdirilir – VİDEO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlərin icrası davam edir. Bu çərçivədə təmir işləri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində (Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinədək) və Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılır.

Yenicag.az xəbər verir ki, təmir çərçivəsində hazırda Zərifə Əliyeva küçəsində frezlənmə işləri yerinə yetirilir.

Əhməd Rəcəbli küçəsində isə artıq frezlənmə və yararsız səki daşlarının yenilənməsi işləri yekunlaşıb, hazırda küçəyə yeni asfalt-beton örtüyü döşənir.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda sözügedən hissələrdə yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün hər iki əraziyə lazımi sayda qüvvə cəlb edilib.

 

COP29