Bu küçələrdə tıxac var

56076aaqBakı Nəqliyyat Agentliyi Bakı şəhərinin əsas küçə və prospektlərində səhər saat 10:00-a yollardakı vəziyyət ilə bağlı olan məlumat yayıb.

Agentlikdən verilən xəbərə görə, hava şəraiti ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin sıxlığı Koroğlu Rəhimov küçəsində ( Prezident iqamətgahı istiqamətində), Moskva prospekti (20 Yanvar dairəsi istiqamətində), Tbilisi prospekti (şəhər istiqamətində), Yusif Səfərov küçəsində (Neftçilər xəstəxanasının qarşısında), Afiyəddin Cəlilov küçəsində, Ziya Bünyadov pr (Çermet körpüsünün üstündə) müşahidə olunur.