!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu lisey 5 şagirdə pulsuz təhsil verəcək

!Reklam – Yazi

2018-ci ildən fəaliyyətə başlayan Hədəf STEM Liseyi tədris ilinin sonunda istedadlı şagirdlərə dəstək məqsədilə yeni bir layihəyə start verib.

Yenicag.az xəbər verir ki, layihə ümumilikdə 20 şagirdi əhatə edəcək.

Bu layihə əsasında 5 məktəbli liseydə ödənişsiz təhsil alacaq. Bundan başqa isə 5 nəfərə – 70%, 5 nəfərə – 50%, 5 nəfərə – 30% güzəştlə təhsil almaq imkanı yaradılır.

Hədəf Liseyinin qurucu direktoru, dosent Şəmil Sadiq növbəti ildə güzəşt qazanacaq şagirdlərin sayının artırılacağını deyib.

Bu müsabiqədə iştirak etmək üçün şagirdlər:

– Dövlət İmtahan Mərkəzinin 2 iyun tarixində keçirəcəyi Buraxılış imtahanında 80%-dən yuxarı nəticə göstərməlidir.

– 2019-2020 tədris ili üzrə Təhsil Nazirliyinin Fizika, Kimya, Riyaziyyat, İnformatika üzrə (hər hansı bir fəndən) olimpiada və ya beynəlxalq müsabiqələrdə, o cümlədən Hədəf Kurslarının qəbul imtahanında 600-dən yuxarı bal toplayan, ilk üç yerdən birini qazanan şagirdlər müraciət edə bilər.

Sənədlər:

– Şəxsiyyət vəsiqəsinin surəti;

– DİM-in Buraxılış İmtahanının nəticə vərəqi;

– 2019-2020 tədris ili üzrə Təhsil Nazirliyinin Fizika, Kimya, Riyaziyyat, İnformatika üzrə (hər hansı bir fəndən) olimpiada və ya beynəlxalq müsabiqələrdə, o cümlədən Hədəf Kurslarının qəbul imtahanın nəticəsini təsdiq edən sənəd.

Hədəf STEM Liseyinə qəbul olan şagirdlər X-XI siniflərdə – seçdikləri ixtisas üzrə (DİM-in ixtisas qrupları üzrə abituriyent proqramı, İELTS, YÖS, SAT proqramları) hazırlıq, dərslik, geyim, gündə iki dəfə yeməklə təmin ediləcək.

Sənədlərin son təqdimetmə tarixi 10 iyuldur. Namizədlər arasından seçim komissiya tərəfindən müsabiqə yolu ilə aparılacaq.

Əlavə məlumat üçün hedefliseyi.edu.az saytına baxa və ya *2018 nömrəsinə zəng edə bilərsiniz.

www.yenicag.az

24068
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv