İşğaldan azad edilən ərazilərdə fəaliyyət üzrə xammal və materiallar gömrük rüsumundan azad edilir.
Yenicag.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 28-də keçirilən iclasında müzakirə edilən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur. Həmin xammal və materialların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcəkdir.
Qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.